Baş xəbər, Siyasət, Qarabağ
26.02.2018 / 10:07

Prezident İlham Əliyev "Xocalı" abidəsini ziyarət edib

Prezident İlham Əliyev "Xocalı" abidəsini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Bakıda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

İnform.az bildirir ki, prezident abidənin önünə əklil qoyub və faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Onlar abidənin önünə qızılgüllər, qərənfillər düzüblər.

İnform.az

Baxış sayı: 120