Diaspora Akademiyası, Baş xəbər
23.02.2018 / 16:30

Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcək

Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcəkDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon iştirak edəcəcək. Bu məqsədlə İqor Dodonun Azərbaycana səfəri nəzərdə tutulub.

Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Forum çərçivəsində “Balkan regionunda hazırkı və gələcək vəziyyət-regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi?” mövzusunda keçiriləcəkiclasda Moldova Prezidenti İqor Dodonun çıxışı planlaşdırılır. İqor Dodon 13 noyabr 2016-cı tarixində Moldova prezident seçkilərinin ikinci turunda Moldova Respublikasının Prezidenti seçilib.

Qeyd edək ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti Ilir Meta, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç,Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri,Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolukimi mövzular barədə müzakirələr aparılacaq.

İnform.az

Baxış sayı: 224