Baş xəbər, Hüquq
22.02.2018 / 17:15

Aktual mövzu, vacib görüş- FOTOLAR

Aktual mövzu, vacib görüş-
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizm” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə İcra hakimiyyəti və RPŞ-nin, Təhsil şöbəsinin nümayəndələri, valideynlər, müəllimlər və məktəblilər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov narkotikin
insana mənəvi və maddi zərərlərindən, eləcə də narkotik və psixotrop maddələrin yaratdığı problemlərdən söhbət açıb, gəncləri diqqətli olmağa və asılılıq yaradan, insanı məhvə sürükləyən kənar, zərərli təsirlərdən uzaq olmağa çağırıb.

RPŞ-nin rəisi, polis polkovniki Rauf Məcidov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. Bununla yanaşı o, erkən nikahın fəsadlarından və dini radikalizmin doğurduğu mənfi cəhətləri və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb. Dini radikalizm mövzüsuna toxunan R. Məcidov ölkəmizdə yaşayan hər bir vətəndaşın inancına hörmətlə yanaşıldığını vurğulayıb, ancaq bu
azadlıqdan sui-istifadə etmək istəyən, din pərdəsi altında müxtəlif çirkin əməllərlə məşğul olmağa, cəhaləti və xurafatı təbliğ etməyə cəhd edənlərin də olduğu barədə məktəbliləri xəbərdar edib, onların zərərli fikirlərindən uzaq olmağa, işıqlı fikirlərlə yaşayıb, təhsildə, idmanda yüksək nəticələr əldə etməyi tövsiyə edib.

Daha sonra RPŞ-nin rəis müavini Əfqan Qurbanov belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açıb, məktəblilərə vətənpərvərlik ruhunda böyümələri, layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünən xeyirxahlığı özlərinə mayak seçmələri üçün dəyərli nəsihətlər verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Aktual mövzu, vacib görüş-


Aktual mövzu, vacib görüş-


Aktual mövzu, vacib görüş-


Aslan Qiyaslı/Polis leytenantı

Baxış sayı: 324