Maqazin
22.07.2015 / 22:26

Nigar Camalın maraqlı etirafları

Nigar Camalın maraqlı etirafları

Müğənni sevdiyi yeməklərdən söz açıb.
"Baxıma çox önəm verirəm. Pəhriz saxlamıram. Əsl azərbaycanlı kimi gözəl yeməkləri sevirəm. Bir oturuma nə qədər qutab yeyə bilərəm. Bizdə arıqlıq nəsildən gəlir. Kökəlsəm, pəhriz saxlayaram. İdmana nifrət edirəm. Təkcə üz baxımına fikir verirəm. Çalışıram ki, 40 yaşına qədər botoks, plastik əməliyyat etdirməyim. Buna görə də üzümə müxtəlif kremlər çəkirəm".
Yaradıcılığından danışan N.Camal yeni klip çəkdirəcəyini bildirib:
"Hələ ki, yaydır. İndi yeni nəsə etmək uğursuz alınacaq. Yaradıcı işlərimə sentyabrdan sonra başlayacam. Klip çəkdirməyi planlaşdırıram. Ola bilsin ki, çəkilişlər Bodrumda oldu".

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 324