İdman
22.02.2018 / 14:41

Azərbaycan polisinin 100 illiyi münasibətiylə yarış keçirilib- FOTO

Azərbaycan polisinin 100 illiyi münasibətiylə yarış keçirilib-
Аzərbаycаn pоlisinin 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

Fevralın 19-dan 21-dək DİN İdmаn Cəmiyyətində keçirilən qol güləşi (armrestlinq) və ağırlıq daşlarının qaldırılması yаrışı da bu əlamətdar yubileyə həsr olunub.

Öncə Xocalı faciəsinin 26–cı ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edənDİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya vəAvropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinovabildirib ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu.

Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsibu gün göz önündədir.Ulu öndərimizin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası möhtərəm Prezidentimiz cənabİlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm dövlət başçımızın diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.

Daha sonra İdman Cəmiyyətinin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantıElnur Həsənov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb.
Əsasən dənizçilər arasında yaranan qol güləşi (armrestlinq) idman növü kimi 100 ilə yaxındır ki tanınır.İdman daşlarının qaldırılması hərəkəti də vaxtı ilə dövrlərinin ən güclüləri hesab olunan pəhləvanlardan miras qalıb.

Güc, dözüm və çevikliyi müəyyən edən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışmadır. Fiziki gücün yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.

DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdəDİN Daxili Qoşunlarının Baş İdarəsi, Baş Mühafizə İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları qərarlaşıblar.

Keçirilən yarışda Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndələri hakimlik ediblər.

Qol güləşi yarışlarında müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan R.Muradov (70 kiloqram, BMİ), E.Paşayev (75 kiloqram, BMİ), S.Qədirov (80 kiloqram, Bakı şəhər BPİ), R.Şirinov (85 kiloqram, Sumqayıt ŞPİ), R.Kubərov (90 kiloqram, DİN DQ) və Y.Şirinov (+ 90 kiloqram, Sumqayıt ŞPİ), sol qol üzrə isə C.Abbasov (BDYPİ)yarışın baş mükafatını qazanaraq çempion olublar.

Ağırlıq daşlarının qaldırılmasında A.Allahverdiyev (70 kiloqram, DQ), E.Dövlətov (75 kiloqram, DQ), T.Məmmədov (80kiloqram, DQ), C.Musayev (85 kiloqram, ƏÇPA), M.Hüseynov (90kiloqram, DQ) və E.Cahangirov (+90 kiloqram, ƏÇPA) birinci yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Yarışların idarə olunmasında polis kapitanıƏlişan Tunc iştirak edib.

Mükafatlandırma mərasimində çıxış edənİdmanın təşkili bölməsinin rəisi,polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb.

Sonda qaliblərə medallar, diplomlar vəqiymətli hədiyyələr təqdim olunub.

Azərbaycan polisinin 100 illiyi münasibətiylə yarış keçirilib-


Zeyni Hüseynov/DİN Mətbuat xidmətinin əməkdaşı

Baxış sayı: 146