Dünya
22.02.2018 / 14:22

Ankara kəşfiyyat xəbərini AÇIQLADI

Ankara kəşfiyyat xəbərini“Dəməşq və YPG Afrinlə bağlı danışıqlar aparsa da, razılaşa bilməyiblər”.

İnform.az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

“Türkiyə bölgədəki terror təşkilatları və terrorçuları təmizləyənə kimi, bu mübarizə davam edəcək. Əgər rejim qüvvələri formanı dəyişdirərək YPG/PYD sifəti ilə Afrinə girərsə, onlar da hədəfdir. Bunu etmək istəyən heç kimə fərq qoyulmayacaq”, - hökumət sözçüsü deyib.

Xatırladaq ki, fevralın 20-də Suriyanın hökumət qüvvələrinə bağlı silahlılar Afrinə girməyə cəhd ediblər. Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkiliblər.

İnform.az

Baxış sayı: 121