İdman
22.02.2018 / 14:00

Gənc cüdoçuların ölkə birinciliyinə start verildi

Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinə start verilib.

İnform.az federasiyanın Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparır.

İki gün davam edəcək respublika birinciliyinin ilk günündə oğlanlarda 55 kq və 60 kq çəki dərəcələrində, qızlarda isə bütün çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.

Gənc cüdoçuların ölkə birinciliyinə start verildi


Gənc cüdoçuların ölkə birinciliyinə start verildi


İnform.az

Baxış sayı: 127