Hərbi
22.02.2018 / 13:44

Azərbaycanın Müdafiə naziri Minskə yola düşüb

Azərbaycanın Müdafiə naziri Minskə yola düşübFevralın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib.

İnform.az MN-in Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, Belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın Müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.

Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

İnform.az

Baxış sayı: 140