Elm-təhsil
22.02.2018 / 13:11

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edilib- FOTO

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edilib-
AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasındaXocalı faciəsinin 26-cı ildönümünə həsr olunan sərgi təşkil olunub.

AMЕA Naxçıvan Bölməsinin Elektron kitabxanasında XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar sərgi təşkil olunub.

Bölmənin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, sərgidə “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri”,“Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, “Türklər, azərbaycanlılar, ermənilər: Tarixi həqiqətin soyqırımı”,“TürkiyeveAzerbaycanaçısından erməni sorunu”,“Erməni terroru”, “Türkün xocalı soyqırımı”,“Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Qarabağ həqiqətləri”, “Dağlıq Qarabağ gerçəklikləri: soyqırımı terror deportasiya, işğal”, “Qarabağ harayı” və digərbu qəbildən olan türk, rus və ingilis dillərində nəşr edilən kitablar nümayiş olunur.

Öz faciəviliyinə, amansızlığına və qəddarlığına görə dünyada analoqu olmayan Xocalı hadisəsini əks etdirən qəzet, jurnal və toplu materialları da tamaşaçıların ixtiyarına verilib.

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edilib-


İnform.az

Baxış sayı: 156