Dünya
22.02.2018 / 12:54

Türkiyə milli tank əleyhinə sistem yaradıb

Türkiyə milli tank əleyhinə sistem yaradıbTürkiyədə UKTK adlandırılan yeni tank əleyhinə sistem hazırlanıb.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesindən olan mənbələr məlumat yayıb.

Türkiyəli mütəxəssislər tərəfindən aradılan sistem istənilən zirehli texnika və hərbi avtomobilə inteqrasiya edilə bilər.

UKTK sistemi məsafədən idarə olunmaq xüsusiyyətinə də malikdir.

Qeyd edək ki, 2011-ci ildə Türkiyədə müdafiə sənayesinin qaydaya saxlınması məqsədilə mobil forpostların, “Canik” TP9 tapançalarının, ANKA PUA-ları və digər hərbi texnikanın istehsalı qaydaya salınıb.

Türkiyədə həmçinin milli lazer döyüş sistemlərinin yaradılması üzrə də işlər aparılır.

İnform.az

Baxış sayı: 146