Elm-təhsil
22.02.2018 / 11:06

NATO-nun "Sülh və Təhlükəsizlik Naminə Elm" proqramı çərçivəsində TELEKONFRANS(Foto)

NATO-nun "Sülh və Təhlükəsizlik Naminə Elm" proqramı çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda NATO-nun “Sülh və Təhlükəsizlik naminə Elm” Proqramı çərçivəsində «Partlayıcıları detektə etmək üçün pilotsuz portativ sensorlar» adlı 3 illik layihənin açılış telekonfransı keçirilib.

Bu barədə İnform.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Rafaelqızı məlumat verib.

Məlumata görə, fevralın 15-də təşkil olunmuş telekonfransda layihənin NATO ölkəsi üzrə koordinatoru (İtaliya) Dr. Claudio Ferrari və layihənin İtaliya Milli Tədqiqatlar Şurası “Elektronika və Maqnetizm üçün Materiallar İnstitutu”nun (CNR-IMEM) və Prama Universitetinin tədqiqatçılarından ibarət digər iştirakçıları, partnyor ölkə-Azərbaycan tərəfindən layihənin koordinatoru, Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent, Dr. Nahidə Musayeva və layihənin digər iştirakçıları, o cümlədən layihənin nəticələrinin son istifadəçi təşkilatı - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin əməkdaşları iştirak ediblər.

Telekonfransda çıxış edən N.Musayeva layihədə nəzərdə tutulan plan işinin yerinə yetirilməsi metodlarından və iştirakçıların - xüsusilə də gənc mütəxəssislərin layihədəki öhdəliklərindən danışıb.

Dr.Claudio Ferrari isə layihənin idarəçiliyi, qarşıda duran elmi-təşkilati işlərdən bəhs edib.

Layihə üzrə tədqiqatlara start verilib və hər ay mütəmadi olaraq bu cür hesabat konfransının keçirilməsi qərara alınıb.

NATO-nun "Sülh və Təhlükəsizlik Naminə Elm" proqramı çərçivəsində


İnform.az



Baxış sayı: 258