Baş xəbər, Hüquq
22.02.2018 / 09:00

"Bağlı qalmış cinayətlərdən ötən gün ərzində 11-nin açılması təmin olunub"- DİN-in məlumatı

"Bağlı qalmış cinayətlərdən ötən gün ərzində 11-nin açılması təmin olunub"-Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

Bu barədə İnform.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 11-nin açılması təmin olunub.

Axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 122