Elm-təhsil
21.02.2018 / 18:00

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib- AMEA-da (fotolar)

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib-
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, iclası institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açıb. İlk öncə “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Gülnar Mirzəyevaya 2002.01-“Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adın verilməsi məsələsinə baxılıb.

Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsatət qaldırılması qərara alınıb.

Sonra institutun doktoranturasını bitirən tələbələr haqqında şura üzvlərinə məlumat verilib. On altı dissertantın attestasiyası keçirilib.

İclasda həmçinin institutun magistraturasında təhsil alan on iki magistrın attestasiyası da keçirilib.II kurs magistrlərin elmi-tədqiqat və elmi-pedaqoji təcrübə
(4 həftəlik) keçmələri məsələsinə baxılıb.

Sonda gündəlikdə duran cari məsələlər müzakirə olunub.

Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib-


Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın iclası keçirilib-


İnform.az

Baxış sayı: 255