Din
20.02.2018 / 18:32

"Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib- FOTOLAR

"Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Vilvan kənd tam orta məktəbində “Vətənpərvər Azərbaycan gəncliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Emil Vəliyev, Orxan Şahmarov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvi Amid Xurşudzadə, Vilvan kənd tam orta məktəbinin direktoru Əliniyaz Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Vilvan kənd tam orta məktəbinin direktoru Əliniyaz Ağayev çıxışında Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvi Amid Xurşudzadə çıxışında 26 il bundan öncə-1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu soyqırım bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb. E.Həmidli,həmçinin DQİDK-nin bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri və Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları Emil Vəliyev, Orxan Şahmarov çıxışlarında erkən nikah, narkomaniya, digər zərərli vərdişlər və onların fəsadlarından bəhs ediblər.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İnform.az

Baxış sayı: 206