Sosial
22.07.2015 / 18:06

Keçmiş məhbuslara müavinət verilib

Keçmiş məhbuslara müavinət verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş, tibbi və sosial yardıma ehtiyac duyan 2830 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, həmin şəxslərin hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti verilib.
İnform.az

Baxış sayı: 306