Dünya
20.02.2018 / 10:36

Ərdoğan Latın Amerikasını Afrikaya dəyişdi

Ərdoğan Latın Amerikasını Afrikaya dəyişdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrika ölkələrinə səfərə gedəcəyi bildirilib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, səfər barədə Türkiyə prezidentinin mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, səfər fevralın 26-dan martın 2-dək davam edəcək. Türkiyəli liderin Afrikanın 4 ölkəsinə - Əlcəzair, Mavritaniya, Seneqal və Maliyə rəsmi səfər edəcəyi qeyd olunub.

Qeyd edək ki, daha öncə R.T.Ərdoğanın fevral ayında Latın Amerikası ölkələrinə səfəri gözlənilirdi. Lakin bu səfər Türkiyənin Afrində keçridiyi "Zeytun budağı" hərbi əmliyyatları səbəbindən qeyri-müəyyən vaxta qədər təxirə salındı.

İnform.az

Baxış sayı: 219