Dünya, Siyasət
19.02.2018 / 14:40

Erməni ekspert: "Ermənistan bu məsələdə ziyan çəkəcək"

Erməni ekspert:"ABŞ sanksiya altında olan Rusiya şirkətləri ilə işgüzar əlaqələr quran dövlət və müəssisələrlə bağlı sanksiya tətbiq etməsi Ermənistan üçün təhlükəlidir".
İnform.az bildirir ki, SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə gör, bu barədə ekspert Gevorq Melikyan bildirib

Azərbaycan və Ermənistanın Rusiya şirkətləri ilə bağlı əlaqə qurmasına baxmayaraq, burada ən çox ziyan çəkəcək tərəf Ermənistan olacaq: “Bildiyiniz kimi həm Ermənistanın, həm də Azərbaycanın Rusiya şirkətləri ilə hərbi sahədə razılaşması var. Silahlanma yarışı münaqişələrin ən mühüm komponentlərindən biridir. Silahsız mübarizə aparmaq mümkün deyil, Əgər silah yoxdursa, o zaman münaqişə fərqli səmtə yönəlir. 2016-cı ilin göstəricilərinə nəzər salsaq, Ermənistan əsas silah mənbəyinin Rusiya olduğunu görərik. O zaman Rusiyaya qarşı tətbiq edilən sanksiya Ermənistana də təsiri göstərəcək və nəticə etibarı ilə Ermənistan əsas islah mənbəyindən məhrum olacaq”.

“Azərbaycan gəldikdə isə onlarda vəziyyət tamamilə fərqlidir. Belə ki, Azərbaycan aldığı silahın yalnız 60-65 faizini Rusiyadan alır. Azərbaycan eyni zamanda Ukrayna, Belarus, İsrail, Türkiyə və digər ölkələrdən də silah almaq imkanına malikdir. Buna görə bu məsələdə ən çox ziyan çəkən tərəfin Ermənistan olacağı qaçılmazdır. Ermənistan bu məsələdə Azərbaycandan fərqli olaraq maliyyə cəhətdən də ziyan görəcək. Çünki, Ermənistana silahlar müxtəlif şərtlər əsasında verilir”- deyə, erməni ekspert əlavə edib.

İnform.az

Baxış sayı: 241