Araşdırma
19.02.2018 / 11:30

Yoldaş Stalın- Araşdırma

Yoldaş Stalın-
Vüqar Şahbazov/tarixçi, araşdırmaçı

Əvvəli burada:http://inform.az/index.php?newsid=27679

Bir müddət sonra Stalin Rəsulzadəyə SSRİ-dən çıxmaqda yardımçı olur.

Bu barədə Adıgözəl Məmmədovun “M.C.Bağırov-tam məxfi sənədlər” kitabında Əfəndiyev adlı bir agentin mərkəzə verdiyi məlumat məktubu var.

Məktubda deyilir: “Müsavat Partiyasının lideri M.Ə.Rəsulzadənin, bu partiyanın katibi Abasqulu Kazımzadənin həbsində iştirak edən bir insan kimi bilirdim ki, Rəsulzadə Leninin teleqramı əsasında Moskvaya aparılmış və Xalq-Millət komissarlığında işə düzəldilmişdir. Moskvada işlədiyi zaman O, antisovet ruhunda olan bütün mühacirləri geri çağırmışdır (əlbətdəki bu Stalinin xeyir-duası ilə olmuşdur). Onların arasında çoxlu alman, fransız, türk kəşfiyyatının nümayəndələri vardır. Tezliklə onlar mənim “obyeklərim” oldular. Onlardan öyrəndim ki, Rəsulzadə öz siyasi xəttindən əl çəkməyib, sağ qalan müsavatçılarla sıx əlaqədədir. M.Rəsulzadə və A.Kazımzadə Suxumiyə “dincəlməyə” gəlmişdilər. Suxumidən mənə xəbər gəldi ki, onların qaçmaq fikirləri var. Mən bu barədə həm mərkəzi, həm də Mircəfər Bağırovu məlumatlandırdım. Bu xəbər qulaqardına vuruldu. Nəticədə Rəsulzadə Türkiyəyə qaçdı”.(Rusiya Partiya Arxivi. Fond 17.Siyahı 171. İş 469. Səh 104-116).

Bu sənəddən məlum olur ki, M.Rəsulzadə 1923-cü ildə Türkiyəyə Finlandiyadan deyil, Gürcüstandan, Qara dəniz sahillərindən sovet kəşfiyyatının ciddi nəzarəti altında gedib. “Finlandiya marşurtu” isə “aldadıcı manevr” olub.

M.Ə.Rəsulzadə Türkiyəyə keçdikdən bir müddət sonra Stalinə təşəkkür məktubu göndərir. Məktubda deyilir: “Ədalət naminə deyim ki, bu möcüzənin səbəbi, kəraməti Sizsiniz. Çünki, keçmiş dostluğu unutmayaraq Məni Bakı zindanından (Bayıl türməsi nəzərdə tutulur) çıxarmağa lüzum gördünüz. Moskvada olduğum 2 il əsnasında dostluğumuzdan faydalandım.

Bəzi məhrumiyyətlərə məruz qaldımsa da bunlar hər kəsin, ümumiyyətlə yükləndiyi məhdudiyyətlərdən ibarət olub. Təkcə mənə aid bir xüsusiyyətə malik deyil, əksinə, bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunu üçün Sizə təşəkkür edirəm. Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər mən eyni zamanda Sizin də xeyirxahınız qalır, Sizə qarşı ehtiram hissi bəsləyirəm. Mənə qarşı göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacam.
Hörmətlə: Rəsulzadə Məmməd Əmin oğlu. 1923-cü il yanvar."

Qeyd etmək istərdim ki, bu məktub 1923-cü ilin yanvar ayında İstanbbulda nəşr olunan “Yeni Qafqaziyyə” jurnalının 5-ci sayında dərc olunub.

Stalin xalqın malını xalq üçün sərf edən bir şəxsiyyət olub. O, öz xatirələrində anasına pul göndərəndə belə bu aylıq məvacibini çatmaması və gələn ay göndərəcəyi barədə yazır.

Tədqiqatçıların dediyinə görə Stalin SSRİ-nin yaradılmasının ilk illərində boynu yamaqlı kiteldə gəzib. SSRİ-nin rəhbəri olan vaxtlar 1935-ci ildə anası xəstələnir. Stalin anasına dəyməyə gəlir. Bu barədə Lavrenti Beriya öz xatirələrində yazır ki, “Stalinin anası xəstə idi, yataqda uzanmışdı. O, Stalinin əllərindən tutub soruşdu: “Oğlum, sən indi harda işləyirsən? Nə işlə məşqulsan? Stalin cavab verdi ki, “Mən Sov.İKP-nın katibiyəm. Anası soruşdu: “O, nə işdi elə? Stalin “yadına düşürmü, o vaxtı Çar var idi. Mən indi həmin Çarın yerindəyəm, rəhbər vəzifəni daşıyıram”.
Anası ah çəkir və “Kaş Sən keşiş olaydın” deyir.

Xatırlatmaq istəyirəm ki, Stalin ilk təhsilini məhz anasının istəyi ilə dini gimnaziyada almişdı.

Stalin müəmmalı şəxsiyyət olub. Onun astronomiyaya xüsusi marağı var idi, 1899-1901-ci illərdə Tiflisdə Rəsədxanada işləyirdi. Səhərlər inqilabi fəaliyyətlə məşqul olan Stalinin axşamlar ulduzları tədqiq etməklə məşqul olması ona bir çox məsələlərdə uzaqgörən olmağa yardımçı olmuşdu.

Stalinin 1937-ci ildə Bağırova ünvanladığı məktubu buna misal göstərmək olar. Məktubda deyilir: “Bakı Azərbaycan MK-nın I katibi Bağırova. Mərkəz Hüseyn Rəhmanovla Həsən Rəhmanovun həbsinə sanksiya verir. Xahiş edirik ki, H.Rəhmanov tərəfindən çirkaba bulaşmış Naxçıvan Respublikasını sinfi düşmənlərdən azad edəsiniz. Nəzərə alın ki, Naxçıvan Respublikası bütün Cənubi Zaqafqaziya ərazisində ən təhlükəli bölgədir. Orada həqiqi sınanmış bolşevik rəhbərliyi bərqərar olmalıdır. Yusif Kazımov Mən tərəfdən ixtiyarınza verilir. İosif Stalin.26.IX.1937-ci il (Sənəd № 15.66.5).

Əlbətdə bu Stalinin Naxçıvan Respublikası haqqında uzaqgörən fikri olub. Həqiqətəndə 1991-ci ildə SSRİ dağılarkən onun tərkibindən Zaqafqaziyada ilk olaraq məhz Naxçıvan Respublikası çıxıb.
Dünya sistemində “Mental psixoloji dəyərləndirmə” vardır. İstənilən dövlət digər dövlətin ərazisini işğal etmək istədikdə ölkə liderinin psixoloji vəziyyətini öyrənməyə çalışır.

Məhz Adolf Hitler Rusiyaya hücum etməzdən qabaq SSRİ rəhbəri Stalinin psixoloji vəziyyətini araşdırmaq məqsədilə gizli göstəriş vermişdi. II Dünya Müharibəsi (1939-1945) Stalinin SSRİ-yə rəhbərlik etdiyi vaxtlar olmuşdur. II Dünya Müharibəsində Stalinin birinci nikahdan olan oğlu Yakovun almanlara əsir düşməsi hamıya məlumdur. Stalinin əsgər oğlunu alman feldmarşal Paulusla dəyişməməsi onun adını tarixə “Güclü lider” kimi salır.

Stalini dəfələrlə devirməyə çalışmışlar. Stalin həm Moskva, həm Qars anlaşmalarında aparıcı oyunçu olmuşdur. Lakin, o, oyunu məharətlə qurmağı və oyundan qalib çıxmağı bacarmış və hər dəfə də qalib çıxanda məğlub tərəfə çox qəddarlıqla yanaşmışdır. Onun belə bir fikri var: “Əgər düşmən təslim olmursa onu məhv etmək lazımdır”. 1937-38-ci illərdə SSRİ-ni möhkəmlətmək və müddəfiq respublikaları hakimiyyət altında saxlamaq məqsədilə ölkə daxilində, xalqlar içərisində xarici qüvvə və təsirlərə meyilli olan qrupları, ziyalı və düşünən beynləri departasiya etmişdir. Departasiya olunanlar içərisində Krım Tatarlarını, Qaraçayları, Çeçenləri misal göstərmək olar. Həmin dövrdə Azərbaycanlıların da Mərkəzi Asiya və Qazaxıstan çöllərinə köçürülməsi planı olmuşdur. Lakin, həmin dövrdə Azərbaycana rəhbərlik edən Mircəfər Bağırov onu bu fikrindən döndərə bilmişdir. Stalinin köçürmə siyasəti ilə bağlı belə bir ifadəsi var: “Bir insanın ölümü bir faciədir, on insanın ölümü dramatikdir, bir milyon insanın ölümü yalnız bir statistikadır”.

Stalinin şəxsiyyəti daim araşdırılmış, onun psixoloji portretini yaratmaq üçün ciddi işlər aparılmışdır. Bu istiqamətdə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Doyçerin, Takkerin, tədqiqatçı alimlər Robert Konqvestin, Rambrazonun və başqalarının çalışmaları olmuşdur. Stalinin şəxsi işi açılmamış və bu gündə Rusiya arxivlərində “Qırmızı papkalar”da məxfi saxlanılır.
Məşhur yazıçı Mixail Şoloxov Stalinin şəxsiyyətinə pərəstiş haqqında belə yazır: “Bəli, həqiqətəndə pərəstiş var idi..Amma şəxsiyyətdə var idi”.

Stalin 5 mart 1953-cü ildə beyninə qansızmadan vəfat edib. Belə bir fikirdə mövcuddur ki, Lavrenti Beriya və Nikita Xuruşşov hadisə baş verən vaxtı Stalinə kömək etməyərək ölümünə səbəb olublar.

Yoldaş Stalın-


İnform.az

Baxış sayı: 292