Hadisə
17.02.2018 / 10:49

Lənkəranda motosikl yük maşını ilə toqquşub, xəsarət alan var

Lənkəranda motosikl yük maşını ilə toqquşub, xəsarət alan varLənkəran rayonunda motosikllə yük maşını toqquşub, xəsarət alan var.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi "Muravey" markalı motosikl "Ford" markalı, 42 BT 731 dövlət-qeydiyyat nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə motosiklin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 240