Baş xəbər, Hərbi, Qarabağ
16.02.2018 / 23:41

Düşmən Qarabağda taktiki sıra təlimləri keçirib

Düşmən Qarabağda taktiki sıra təlimləri keçirib
İşğal altında olan Qarabağda qanunsuz hərbi birləşmələrdə döyüş hazırlığı üzrə taktiki sıra məşğələləri keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu gün keçirilən taktiki sıra məşğələlərinə qondarma rejimin qanunsuz hərbi birləşmələrinin "rəhbəri" general-leytenant Lyova Mnatsakanyan rəhbərlik edib.

Təlimlərə qanunsuz hərbi birləşmələrin qərargahı və birliklərinin idarə heyəti cəlb olunub. Təlimlərə Ermənistan ordusunun baş qərargah rəisinin 1-ci müavini general-mayor Onik Qasparyanda nəzarət edib.

Döyüş hazırlığı tədbirlərindən başqa, plan üzrə qərargah məşqləri də keçirilib.

İnform.az

Baxış sayı: 270