İdman
16.02.2018 / 11:51

Çempionlar Liqası tarixinin ən uğurluları

Çempionlar Liqası tarixinin ən uğurlularıÇempionlar Liqası (ÇL) tarixinin ən uğurlu komandaları müəyyənləşib.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, UEFA 1955-2017-ci illər arasında bu turnirdə ən yaxşı nəticələr göstərən 30 komandanın siyahısını dərc edib.

Siyahıya qitənin ən nüfuzlu klub turnirinin 12 dəfə qalibi olan “Real” başçılıq edir. “Bavariya” ikinci pillədə yer alırsa, daha bir İspaniya nəhəngi “Barselona” ilk “3-lüy”ü qapayır.

“Onluq”da “Mançester Yunayted”, “Milan”, “Yuventus”, “Benfika”, “Porto”, “Arsenal” və “Liverpul” komandaları da yer alıb.

Ümumilikdə 30 klubun adının qərarlaşdığı siyahıda Türkiyənin yeganə təmsilçisi “Qalatasaray”dı.





1. “Real” (İspaniya)

2. “Bavariya” (Almaniya)

3. “Barselona” (İspaniya)

4. “Mançester Yunayted” (İngiltərə)

5. “Milan” (İtaliya)

6. “Yuventus” (İtaliya)

7. “Benfika” (Portuqaliya)

8. “Porto” (Portuqaliya)

9. “Arsenal” (İngiltərə)

10. “Liverpul” (İngiltərə)

11. “Dinamo” (Kiyev, Ukrayna)

12. “Ayaks” (Hollandiya)

13. “İnter” (İtaliya)

14. “Seltik” (Şotlandiya)

15. “Çelsi” (İngiltərə)

16. “Anderlext” (Belçika)

17. “Reyncers” (Şotlandiya)

18. PSV (Hollandiya)

19. “Qalatasaray” (Türkiyə)

20. “Lion” (Fransa)

21. “Borussiya” (Dortmund, Almaniya)

22. “Atletiko” (İspaniya)

23. “Panatinaikos” (Yunanıstan)

24. “Styaua” (Rumıniya)

25. “Sparta” (Çexiya)

26. “Valensiya” (İspaniya)

27. “Srvena Zvezda” (Serbiya)

28. “Olimpiakos” (Yunanıstan)

29. “Rusenborq” (Norveç)

30. “Dinamo” (Zaqreb, Xorvatiya)


İnform.az

Baxış sayı: 197