Dünya
16.02.2018 / 09:53

"Zeytun budağı"nın SON GÜNDƏLİYİ

"Zeytun budağı"nın Türkiyənin Afrində kçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 52-ə çatıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bu barədə Baş Qərargah məlumat yayıb.

Qeyd edək ki, ötən gün isə Türkiyə Hərbi Qüvvələrinin Afrində Duraklı, Karri, Yuxarı Divan, Şarbanlı və Şedya kəndələrini nəzarət altına almaları barədə məlumat verilmişdi.

Qərargahın yaydığı son məlumata görə, döyüşlər zamanı 7 türk hərbçisi yaralanıb, zərəsizləşdirlən terrorçuların sayı isə 1500-ü keçib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İnform.az

Baxış sayı: 187