Hüquq
15.02.2018 / 12:15

İlk dəfə şəxsiyyət vəsiqəsi aldılar

İlk dəfə şəxsiyyət vəsiqəsi aldılar
Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ucqar yaşayış məntəqələrinin sakinlərinin müraciəti əsasında, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbir Beyləqan RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Fevralın 14-də rayonun Dünyamalılar kəndində baş tutan tədbir zamanı ümumilikdə 184 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Onların arasında ilk dəfə şəxsiyyət vəsiqəsi alanlar da olub. Həmçinin əlil və fiziki qüsurlu vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi üçün polis əməkdaşları 6 sakinin evində olub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

İlk dəfə şəxsiyyət vəsiqəsi aldılar


İlk dəfə şəxsiyyət vəsiqəsi aldılar


Aslan Qiyaslı
Polis leytenantı

Baxış sayı: 278