Hərbi
15.02.2018 / 12:55

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olubOmbudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri plana uyğun olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

İnform.az MN-in məlumatına istinadən xəbər verir ki, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təchiz olunan şöbə və bölmələrdəki vəziyyətlə tanış olan nümayəndələr personalın gündəlik iş fəaliyyəti ilə də bağlı məlumatlandırılıb. Tibbi heyətlə ümumi söhbətindən və gördüklərindən məmnunluğunu ifadə edən F.Həsənov buradakı vəziyyətdən də tam razı qaldığını vurğulayıb.

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub


Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub


Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub


İnform.az

Baxış sayı: 186