Dünya
14.02.2018 / 08:58

Uçan taksi fəaliyyət göstərməyə başlayacaq

Uçan taksi fəaliyyət göstərməyə başlayacaq
Dubayda yaxınlarda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, iddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib.

"Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək", - layihəni təqdim edənlər bildirib.

İnform.az

Baxış sayı: 235