Gündəm, İdman
18.06.2015 / 08:00

İdmanın gələcək paytaxtı - Bakı

İdmanın gələcək paytaxtı - Bakı

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, İtaliyanın “Goal” saytında “İdmanın gələcək paytaxtı - Bakı” sərlövhəli məqalə və reportaj yerləşdirilib.

Müəllif diqqətə çatdırır ki, Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir. Bununla da bu ölkə önəmli idman tədbirlərini təşkil etmək iqtidarında olduğunu bir daha göstərdi. “Avro-2020”nin final mərhələsinin oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Növbəti illərdə də Azərbaycan daha önəmli idman yarışlarına ev sahibliyi etməkdən məmnun olar.
Sonda vurğulanıb ki, şübhəsiz Bakı önəmli bir idman erasına qədəm qoyub. Avropanın ən möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün bu şəhərin potensialı böyükdür.

Baxış sayı: 592