Dünya, Sosial
13.02.2018 / 14:35

Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb

Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıbBakı-Tbilisi-Qars (BTQ) dəmir yolundan keçməklə Qazaxıstandan daha bir yük qatarı Türkiyəyə yola salınıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, Kostanay vilayətindən buğda daşıyan qatar bir neçə gün əvvəl Mersin limanına yola düşüb.

Qeyd olunur ki, ümumilikdə Türkiyyə 1,5 min ton buğda daşıyan 72 vaqon yollanacaq: “Kostanaydan Türkiyəyə birbaşa yük marşrutunun açılması qazaxıstanlı sahibkarlar üçün böyük imkanlar yaradır. Gələcək bu istiqamətdə noxud, mərci və digər kənd təsərrüfatı məhsullarının yola salınması planlaşdırlır.”

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabrında işə salınıb. Açılış mərasimi oktyabrın 30-u Bakıda baş tutub.

İnform.az

Baxış sayı: 26