İqtisadiyyat
13.02.2018 / 13:48

Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir

Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədirAzərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə yatıran ölkələr sırasında birinci yerdədir.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezeşvili Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən iqtisadiyyat komitəsinin iclasında söyləyib.

O bildirib ki, Gürcüstan iqtisadiyyatına sərmayə yatıran ölkələr sırasında ikinci yerdə Türkiyədir.

Nazir müavini çıxışı zamanı ölkəsinin investisiya və iqtisadi imkanları barədə iclas iştirakçılarına məlumat verib.

İnform.az

Baxış sayı: 32