Siyasət
13.02.2018 / 12:45

Qasım Əliyev yeni vəzifəyə təyin olundu

Qasım Əliyev yeni vəzifəyə təyin olundu
Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.

İnform.az publika.az-a istinadən xəbər verir ki, Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsi səsə qoyulub.

Təklif səs çoxluğu ilə qəbul edilib.

Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri olub.

İnform.az

Baxış sayı: 30