Dünya
13.02.2018 / 12:42

“Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq” - ABŞ

 “Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq” - ABŞ
“Suriyanın şimal-qərbində baş verən son hadisələrə görə Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını anlayırıq”.

İnform.az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Suriyada keçirdiyi aniterror əməliyyatını dəyərləndirərkən deyib.

“Suriyanın şimal-qərbindəki son hadisələr bizi də qayğılandırıb. Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığının da fərqindəyik”, -deyə ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib.

Qeyd edək ki, R.Tillerson hazırda Misirdə səfərdədir. O, Qahirədən İordaniyaya gedəcək. Daha sonra isə Türkiyəyə səfər edəcək.

İnform.az

Baxış sayı: 90