Dünya
13.02.2018 / 11:53

"Zeytun budağı"nda 1369-cu terrorçu öldürüldü

"Zeytun budağı"nda 1369-cu terrorçu öldürüldüYanvarın 20-dən başlayaraq Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1369 nəfərə çatıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Eləcə də Baş Qərargahın yaydığı məlumata əsasən, bu gün səhər saatlarından başlayan əməliyyatlar nəticəsində Məhəmmədiyə yaşayış məntəqəsi və Amara adlı strateji yüksəklik terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İnform.az

Baxış sayı: 112