Sağlamlıq
13.02.2018 / 11:30

Hollivud ulduzlarının GƏNCLİK SİRRİ

Hollivud ulduzlarının GƏNCLİK SİRRİAncelina Coli, Sandra Ballok, Demi Mor kimi dünyaca məşhur kino aktrisaları qızıl su proseduru sayəsində cavan qalır.

İnform.az publika.az-a istinadən xəbər verir ki, qızıl su proseduru “Micro Needle” üsulu adlanır. Bu prosedur kollagen istehsalını artırır, cildi əməliyyatsız, ağrısız və sürətli şəkildə cavanlaşdırır.

Kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yığışdırıcı zülaldır. Kollagen həmçinin dəridə çox miqdarda olub, onun möhkəmliyi və elastikliyə cavabdeh sayılır. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dəridə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itirir, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur. Odur ki, dərinin cavan qalması üçün kollagen istehsalının artırılması vacibdir.

Kollagen istehsalını artıran “Micro Needle” üsulu 2018-ci ilin ən yeni estetik trendlərindən biri hesab olunur.

Bu üsulun özəlliyi nədən ibarədir?

Qızıl Su “Micro Needle” üsulunun özəlliyi ondan ibarətdir ki, qocalmağı önləyici maddələr nazik iynələr vasitəsilə dərinin dərin qatlarına vurulur. Ağrısız üsuldur. Dəri cavanlaşdırıcı və yeniləyici xüsusiyyəti olan xüsusi məhlullar (Gialuronik turşu kimi) ləkələri açmaq və önləmək təsirinə malikdir.

Bu sistemi həm kollagen fibroblastını aktivləşdirir, həm də dəri səthində açılan sterilləşdirilmiş kiçik kanallar sayəsində vitaminlər, gəncləşdirici və ləkə açan xüsusiyyəti olan qiymətli dərmanlar eyni anda dərinin dərinliklərinə çatır. Eyni anda bir çox funksiyanı yerinə yetirən bu üsulla bədənin müxtəlif nahiyələrini də cavanlaşdırmaq mümkündür. Boyun və dekolte hissəsinə effektli təsir göstərir.

Qızıl su “Micro Needle” üsulu ilə incə cizgilərin, qırışların, genişlənmiş məsamələrin, dəri sallanmalarının, sızanaq, suçiçəyi kimi yara izlərinin, dəri ləkələrinin, hamiləlik çatlarının aradan qaldırılmasında və yüngülləşdirilməsində, sellülit, hətta saç tökülməsinin müalicəsində uğurlu nəticələr əldə edilib. Bu üsul cildi nazikləşdirmədən qalınlığını, möhkəmliyini, dolğunluğunu və elastikliyini artırır.

İnform.az

Baxış sayı: 23