İdman
13.02.2018 / 10:47

Taekvondoçularımız İstanbulda 2 medal qazandı

Taekvondoçularımız İstanbulda 2 medal qazandı
Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatının ardından “Turkish Open” turnirinə start verilib.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb.

Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib. Klublararası Avropa çempionatında birinci olan Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) bu dəfə gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

İnform.az

Baxış sayı: 35