İdman
13.02.2018 / 10:41

"İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" - BAKIDA

 "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" - Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda konfrans işə başlayıb.

İnform.az "Report"-a istinadən xəbər verir ki, tədbirin mövzusu turizm və idmanın inkişafına dair ölkənin gələcəyinə baxış, "Formula-1" üzrə Azərbaycan Qran-prisinin iqtisadi və sosial təsirləri, eləcə də biznes imkanlarının müzakirəsindən ibarətdir.

Konfransda gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeys Kerri, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev, "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov, "PwC" şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayev, "Formula One Management" şirkətinin Təşkilati və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, Azərbaycandakı Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, "Eurodesing" şirkətinin Kommersiya Departamentinin direktoru və digər şəxslər iştirak edirlər.

İnform.az

Baxış sayı: 29