Dünya
13.02.2018 / 10:37

"7 trilyon xərclədik, amma..." TRAMP

"7 trilyon xərclədik, amma..."
ABŞ prezidenti Donald Tramp ölkəsinin bu günə qədər Orta Şərqdə 7 trilyon dollar xərclədiyini və bu qədər məbləğin heç bir işə yaramadığını etiraf edib.

İnform.az publika.az- istinadən xəbər verir ki, Ağ Evdə 2019-cu il büdcəsi ilə bağlı açıqlamalar verən prezident “bu, bir səhvdir, amma vəziyyət budur” ifadəsini işlədib: “Bir neçə ay öncəki son hesablamalara görə, Orta Şərqdə 7 trilyon dollar xərcləmişik. 7 trilyon dollar. Bu böyük bir xətadır, amma vəziyyət budur. Və bu gün Orta Şərq 17 il öncəkindən də pis vəziyyətdədir. Çox kədərlidir”.

Prezident seçilmədən öncə ABŞ-ın İraqı işğal etməsini böyük bir səhv kimi dəyərləndirən Tramp ölkəsinin Orta Şərqə hərbi müdaxilə etməsinin doğru olmadığından şikayətlənirdi. Ancaq vəzifəyə gəldikdən sonra ABŞ-ın İraq və Suriyadakı əməliyyatları ilə bağlı səlahiyyətlərini Pentaqona verən D.Tramp, xüsusilə, Suriyaya daha çox hərbi güc göndərməkdə qınanır.

İnform.az

Baxış sayı: 28