Sosial
13.02.2018 / 10:21

Cəfər Cabbarlının qızı vəfat edib

Cəfər Cabbarlının qızı vəfat edibAzərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı vəfat edib.

İnform.az xəbər verir ki, bu barədə Gularə xanımın qızı Qəmər Seyfəddinqizi öz fecebook səhifəsində məlumat verib. Gülarə Cabbarlı fevralın 12-də dünyasını dəyişib.

Qeyd edək ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir.

İnform.az

Baxış sayı: 25