Dünya
13.02.2018 / 10:06

Venesuela borclarına görə BMT-də səsvermə hüququndan məhrum edilib

Venesuela borclarına görə BMT-də səsvermə hüququndan məhrum edilibBirləşmiş Millətlər Təşkilatının (BMT) normalarına uyğun olaraq, Venesuela borcları səbəbindən BMT Baş Assambleyası çərçivəsində səsvermə hüququndan müvəqqəti olaraq məhrum edilib.

İnform.az "Report" istinadən xəbər verir ki, 2018-ci ilin yanvar ayının sonuna olan borcluların siyahısında Venesuela ilə yanaşı, Mərkəzi Afrika Respublikası, Dominika, Ekvatorial Qvineya, Qrenada, Liviya, Surinam və Yəmən də yer alıb.

Qeyd edək ki, Venesuela daha əvvəl - 2017-ci ildə də BMT-də səsvermə hüququndan məhrum edilib.

İnform.az

Baxış sayı: 129