Dünya
13.02.2018 / 09:08

"Zeytun budağı" əməliyyatının 24-cü günündə

"Zeytun budağı" əməliyyatının 24-cü günündə
Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qolu PYD-ə ağır zərbələr endirib.

İnforma.az "Report"un məlumatına istinadən xəbər verir ki, "Zeytun budağı" əməliyyatının 24-cü günündə Türkiyə hərbçiləri Afrinin qərbindəki Məhəmmədiyyə kəndini və Amara yüksəkliyini terrorçulardan azad edib. Bununla da 51 strateji mövqe düşməndən təmizlənib.

Əməliyyat zamanı 103 terrorçu zərərsizləşdirilib.

İnform.az

Baxış sayı: 113