BİZ, Baş xəbər
13.02.2018 / 16:00

"Şair hara, vergi hara, ölüm qavağında???"- SOLAXAY QAĞA

"Şair hara, vergi hara, ölüm qavağında???"-

Eşitdiyimə görə guya Vergilər nazirliyinin söz sahibi olan yoldaş deyif ki, "Hamıya vergi olar, şairə olmaz? Zəhmət çəksinlər yazdığları hər misra üçün vergi ödəsinlər..."

Bunu oxuyan da düşündüm ki, ey dadibidad deyəsən sonumuz gəlifdi...

Bunu ki, qulağım almadı,cin vurdu təpəmnən. Axtardım saytdı, nəmənədi onları ki, görüm bunu kim harda, nə vaxt deyifdı.

Tapdıme...

Guya vergilərin mətbuat xidmətinin rəhbəri Şahin məllim deyif ki," “Müğənnilər oxuduqları mahnıdan pul qazandıqları üçün vergi ödəyirlər. Şairlər də həmçinin… Bu qayda hər kəs üçün keçərlidir”.

Düzü inanmaq istəsəm də inammadım, başım haqqı...

"Oha...Bu qədər də yox da..."

Olmadı ki, ay başınıza dönüm, ay media əhli durun bir.

Bu andıra qalmış reytinq başınıza bəla oluf, düzü də əyri yazersiniz ki, təki xavarınız oxunsun, təki bu andıra qalmış reytunqdu, nəmənədi bilmeyrəm o qalxsın.

Ay qadavızı alım, etmiyin, eləmiyin.

Dədələr deyib ki, yalan ayaq tutar yeriməz.

Sizlər hər dəfə yalan-palan yazanda, yazıq Həsən dədənin qavrı od-tutuf yaner....Qadanızı alem, bitirin bu hokkaları...Düz olun, düz yazın.

Hər sözdən bir nağel qayermayın. Jurnalist olun başınıza dönem, zurnalist olmayın.

Rayonda durammadım bu xavarı eşidəndə. Üz aldım Bakıya sarı.

Dedim bi gedim bu Şahin məllimlə görüşüm, soruşum "ay qağa qadan alem bu nə məsələdi, elə güjünüz bu yazıx şair tayfasınamı çatdı?"

Nəysə,Bakıya gəldim, elə Elmlər metrosundan çıxerdim ki, ele bil qəfildən xatırladım:" Ay solaxey, hara gedersən. Şahin qağanın vaxtımı var səninlə görüşə? Yaxşısı götür telfunu zəng vur, de ki, qağa qadan alım sənin bi kəlmə sözünə görə irayondan gəlmişəm. Bu mətbuat əhlinə sözümü deyim."

Küsəjəklər,inciyəjəklər,nağayrem... Olsun, əsası odu ki, düşünəjəklər... Düşünəjəklər ki, bu solaxay qağamız savrını qısmayıf, duruf Bakıya gəlif ki, görsün heyqeten şairlərdəmi vergi ödeyejekler?
Bəs bizdə insaf yoxdumu bu binavanı yola vurmuşux?

Hə, ölem qavağınızda, başınızı ağrıtmeyim.

Zəng vurdum Şahin qağama. Qadasın aldığım çox mədəni oğlanmış. Səbrlə, təmkinlə məni dinləyif dedi ki, solaxay qağa, vallah mən nə dediyimi bileyrem, amma yazanlar necə yazeblər, bax onu anlameyrem. Sözdən söz çıxarerlər də ay qardaş...

Hə, ölüm qavağında ay qağa, nə tərdə dedine: "Sözdən söz çıxarerlər..."

"Şair hara, vergi hara, ölüm qavağında???"-

İndi rahatladım, rayona qayıda bilərəm. Gedim şair dostlarıma deyim ki, a başınıza dönüm, qələminizə qurvan olum, yazen ne qədər yazersiz. Şahin qağam dedi ki, yalan söhbetdi, yanlış anlayıflar dediklərimi.

Di salamat qalın, mən getdim.

Ay jurnalist dostlar, siz də insaflı olun bir az. Bilersiz ki, bir xavarı eşitdimmi, üz aleyrem Bakiya sarı. Maa da yazığınız gəlsin, kasıb adamam, yola, rize, kontura pulum geder. Olmadı ki, ölüm qavağınızda...

SOLAXAY QAĞA

Baxış sayı: 432