Elm-təhsil
12.02.2018 / 18:18

Akademik Vaqif Fərzəliyev Tbilisi şəhərində ezamiyyətdə olub

 Akademik Vaqif Fərzəliyev Tbilisi şəhərində ezamiyyətdə olub
AMEA akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev fevral ayının 6-dan 10-a kimi İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin (TDU) 100 illik yubileyində iştirak etmək məqsədilə Tbilisi şəhərində ezamiyyətdə olub.

Yubileyə akademik Vaqif Fərzəliyev TDU-nun rektoru, Dr.Georgi Şarvaşidze tərəfindən dəvət olunub.

İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə,yubiley iştirakçılarına Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili, Baş naziri Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili, Tbilisi şəhərinin meri Kaxa Kaladze və TDU-nun rektoru, Dr.Georgi Şarvaşidze ziyafət verib.

Tədbirdə akademik Vaqif Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycanın elmi ictimaiyyəti adından TDU-nun kollektivini yubileylə əlaqədar təbrik edib, xatirə kitabına xoş sözlər yazıb.
Qeyd edək ki, tanınmış tarxiçi İvan Cavaxaşvilinin təşəbbüsü ilə 1918-ci ildə yaradılmış TDU Cənubi Qafqazda aparıcı təhsil və elm mərkəzlərindən biridir.

 Akademik Vaqif Fərzəliyev Tbilisi şəhərində ezamiyyətdə olub


 Akademik Vaqif Fərzəliyev Tbilisi şəhərində ezamiyyətdə olub


 Akademik Vaqif Fərzəliyev Tbilisi şəhərində ezamiyyətdə olub


İnform.az




Baxış sayı: 24