Baş xəbər, Sağlamlıq, Hüquq
12.02.2018 / 17:18

Polislər bu humanist aksiyada həmişə FƏALDIRLAR

Polislər bu humanist aksiyada həmişə
Möhtərəm Prezidentimizin təsdiq etdiyi "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Talassemiyasız həyat naminə" proqram layihəsinə uyğun olaraq ölkəmizin paytaxtında və bölgələrdə qanvermə aksiyaları keçirilir.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə,"Qan ver, yaşat!" devizi ilə gerçəkləşən bu nəcib və humanist aksiyada daxili işlər orqanlarının əməkdaşları da həmişə fəal iştirak edirlər.

Növbəti belə tədbir fevralın 12-də DİN-in Əlahiddə Çevik Polis Alayında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Polis əməkdaşları bu nəcib təşəbbüsə qoşulmağı hər kəsin vətəndaşlıq borcu olduğunu bildirb.

Onlar əvvəlcə tibbi müayinədən keçirilib, sonra isə qan veriblər.

Qeyd edək ki, gün ərzində yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Polislər bu humanist aksiyada həmişə



İnform.az

Baxış sayı: 35