Dünya
12.02.2018 / 16:55

“ABŞ-ın ağlını başına yığması lazımdır" - Binəli Yıdırım

“ABŞ-ın ağlını başına yığması lazımdır" -
“ABŞ-ın ağlını başına yığması lazımdır”.

İnform.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Afrində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı barədə danışarkən deyib.

“Heç bir bazarlıq etməyəcəyik. Afrini terrorçulardan təmizləyəcəyik. “Fərat qalxanı” ilə Münbic-Azez arasını terrordan təmizlədiymiz kimi Afrini də terrorçu qruplaşmalardan xilas edəcəyik. Terror bizim üçün ən təhlükəli bəladır. Amerikanın ağlını başına yığması lazımdır. Baş verənlərin dövlət maraqları ilə uyğun gəlmədiyini görməzsiniz, o zaman biz terror təhlükəsini sona çatdırmaq üçün lazım olan addımları atarıq. Heç kimin icazəsinə ehtiyacımız yoxdur. Beynəlxaq hüququn bizə verdiyi bütün səlahiyyətlərdən axıradək istifadə edəcəyik”, - deyə baş nazir vurğulayıb.

İnform.az

Baxış sayı: 37