Dünya
12.02.2018 / 16:44

Türkiyə ordusunun Afrindəki itkilərinin sayı açıqlanıb

Türkiyə ordusunun Afrindəki itkilərinin sayı açıqlanıb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb.

İnform.az apa-nın məlumatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.

Ötən dövr ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində terror təşkilatına məxsus 627 hədəf məhv edilib.

İnform.az

Baxış sayı: 111