Dünya
12.02.2018 / 16:34

Rusiyada helikopter qəzası baş verib

Rusiyada helikopter qəzası baş verib
Rusiyanın Tomsk vilayətində helikopter qəzaya uğrayıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, qəza barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi rəsmi xəbər yayıb.

Məlumata görə, “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 2 heyət üzvü ölüb. Daha 4 nəfər yaralandığı bildirilir.

Helikopterin hansı səbəbdən qəzaya uğraması məlum deyil. Hadisə yerində araşdırma aparılır.

İnform.az

Baxış sayı: 32