Elm-təhsil
12.02.2018 / 16:30

Türkiyə Respublikasının səfiri ADAU-da olub - FOTO

Türkiyə Respublikasının səfiri ADAU-da olub -
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

ADAU-nun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaq universitetin Aqrar elm, Təhsil və Cümhuriyyət muzeyi, burada olan eksponatlarla yaxından tanış olub. Muzeyin direktoru Şəhla Məmmədova qonağın maraq göstərdiyi bölmə və eksponatlar barədə dolğun məlumatlar verib. Səfir həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyət göstərdiyi tarixi binanı gəzib. Qonağı Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık müşaiyət edib.

Sonda səfir Erkan Özoral muzeyin xatirə kitabına ürək sözlərini və təəssüratlarını yazıb.

Türkiyə Respublikasının səfiri ADAU-da olub -


Türkiyə Respublikasının səfiri ADAU-da olub -


Türkiyə Respublikasının səfiri ADAU-da olub -


Türkiyə Respublikasının səfiri ADAU-da olub -


Türkiyə Respublikasının səfiri ADAU-da olub -


İnform.az

Baxış sayı: 29