Dünya
12.02.2018 / 14:47

Türkiyədən ABŞ-a xəbərdarlıq...

Türkiyədən ABŞ-a xəbərdarlıq...ABŞ-dan gözləntilərimiz açıq və birmənalıdır: biz artıq vəd istəmirik, konkret adımmlar istəyirik.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfərini şərh edərkən deyib.

“ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir”, - deyən Türkiyə XİN başçısı bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir:

“Afrindəki antiterror əməliyyatı uğurla davam edir. Bölgəni terrorçulardan təmizləyəcəyik. ABŞ lazım olan addımları atmazsa, bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”.

İnform.az

Baxış sayı: 85