Elm-təhsil
12.02.2018 / 14:13

«Aşkarlıq» qəzetinin fevral nömrəsi çapdan çıxıb

«Aşkarlıq» qəzetinin fevral nömrəsi çapdan çıxıb
Hacı Etibar Əhədovun təsisçisi və redaktoru olduğu «Aşkarlıq» qəzetinin fevral nömrəsi çapdan çıxıb.

Qəzetin bu sayında mənim Tiflisə səfərim haqqında da yol qeydlərim, həmçinin Hərbi Dəniz Qüvvələri üzrə I dərəcəli kapitan, Lənkəranın Girdəni kəndindən olan Əlimərdan Quliyev, Boladi kənd tam orta məktəbinin qocaman müəllimi Zahir Cabbarov, din xadimi Molla Abbasqulu axund haqqında oçerklər, zarisovkalar, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəddat Cəfərovun müharibə veteranı Aleksandr Qritçenko və Xəlil Xəlilovun «Xalqlar dostluğu və qələbə» kitabı haqqında resenziya, E.Əhədovun «Lənkəran məscidləri, rus kilsələri» araşdırma məqaləsi, «İllərin söz yaddaşı» rubrikası ilə mərhum ədəbiyyatşünas-müəllim Ramiz Atakişiyevin tədqiqat xarakterli yazısı, Lənkəranın sosial, iqtisadi və mədəni həyatını əks etdirən müxtəlif yazılar verilib

«Aşkarlıq» ənənəsinə sadiq qalaraq, bu dəfə də «İnə zıvon-şinə zıvon» rubrikası altında talış dilində talış folklor nümunələri ilə oxucuları tanış edir.

Nizami Hüseynov/Lənkaran

Baxış sayı: 181