Hüquq
12.02.2018 / 13:30

486 ampula inyeksiya üçün su aşkar olunub

486 ampula inyeksiya üçün su aşkar olunub
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "Mercedes Benz E220D" markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

İnform.az DGK in məlumatına istinadən xəbər verir ki, baxış zamanı avtomobilin arxa oturacağının altında 2 ədəd sellofan torbada gömrük orqanından gizlədilmiş, ümumilikdə 486 ampula üzərində "Вода для инъекции 2 мл" markalanma yazısı olan inyeksiya üçün su aşkar olunub.

486 ampula inyeksiya üçün su aşkar olunub



İnform.az

Baxış sayı: 93