Dünya
12.02.2018 / 13:54

“ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”- Mövlud Çavuşoğlu

“ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”-“ABŞ bizə verdiyi vədləri yerinə yetirməyib. Xalqımızın və hökumət olaraq bizim ABŞ-a inamımızın itməsi təbiidir”.

İnform.az “Report”-astinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfərini şərh edərkən deyib.

XİN başçısı bildirib ki, Türkiyə artıq ABŞ-ın vədlərinə inanmır, konkret addımların atılmasını istəyir: “Afrindəki antiterror əməliyyatı uğurla davam edir. Bölgəni terrorçulardan təmizləyəcəyik. ABŞ lazım olan addımları atmazsa bu əməliyyatı Münbiçdə davam etdirəcəyik. Bizim Vaşinqtondan gözlədiklərimiz açıq-aşkar və qətidir. ABŞ-la əlaqələrimiz ya düzələcək, ya da tamamilə pozulacaq”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Türkiyəyə səfər edəcəyi gözlənilir.

İnform.az

Baxış sayı: 84