Sosial
12.02.2018 / 13:36

Lənkaranda körpü yenidən tikilərək istifadəyə verilib

Lənkaranda körpü yenidən tikilərək istifadəyə verilib
Lənkəran rayonunun Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının yuduğu körpü yenidən tikilərək istifadəyə verilib.

Fevralın 12-də körpünün açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, müvafiq qurumların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən İcra başçısı T.Qaraşov əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edərək onlara xoş arzularını çatdırıb. Regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının uğurla icra edilməsindən, bu istiqamətdə Lənkəran rayonunda həyata keçirilən irimiqyaslı layihələrdən, Prezident İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməsindən söz açan natiq yeni ildə qarşıda duran həlli vacib məsələlərdən də danışıb.

Kənd sakinləri çıxışlarında onların sosial problemlərinin həllinə həssaslıqla yanaşdıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ŞİH-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

T.Qaraşov rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları və kənd sakinləri yeni körpüyə baxış keçiriblər.

Qeyd edək ki, Əşlə kəndini Lənkəran şəhəri ilə 15 kilometrlik məsafə birləşdirir. Yeni tikilmiş körpü dörd yaşayış məntəqəsini – Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.

Uzunluğu 40, eni 4,5 metr olan dəmir-beton konstruksiyalı, üç aşırımlı körpünün yükgötürmə qabiliyyəti 50 tondur.

Texniki işlər qurularkən bütün kriteriyalar nəzərə alınıb. Körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulub, yeni inşa olunmuş dayaqlar körpünün altındakı aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarından sıradan çıxmasının qarşısını alacaq. Betonlama işlərindən sonra körpünün üstü asfaltlanıb.

Lənkaranda körpü yenidən tikilərək istifadəyə verilib


Lənkaranda körpü yenidən tikilərək istifadəyə verilib



Ağəddin Babayev/Lənkəran

Baxış sayı: 137